10:55 27.10.2022 3540

"Qarabağ"ın oyununun şərhçisi: "... Əli aşından da olarıq, Vəli aşından da"

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" Fransada "Nant"ın qonağı olacaq.

Fanat.Az xəbər verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Oyunun şərhçisi Pərviz Musayev saytımıza açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Nant"a mütləq şəkildə qələbə lazımdır. Buna görə də onlar ancaq hücum etmək barədə düşünəcək. Əslində mən bunu "Qarabağ"ın xeyrinə olan məqam kimi qiymətləndirmək istəyirəm. Hücum edən komandaya qarşı "Qarabağ"ın oyunu sanki daha yaxşı alınır. Müdafiə quran komandalara qarşı  "köhlən atlar"ın çətinliyi yaranır. Amma açıq hücum futbolu oynayan komandalarla mübarizədə təmsilçimiz daha yaxşı çıxış edir. "Nant"a da qələbənin hava-su kimi lazım olduğunu nəzərə alsaq, bunun "Qarabağ"a xeyri olacaq. Belə olacağı halda qol vurmaq "Qarabağ" üçün daha asan olur.

Açıq danışsaq, "Qarabağ"ın qrup lideri olacağı real görünmür. Ötən tur evdə Yunanıstan "Olimpiakos"una qalib gəlsəydik, bəli, o zaman şanslarımızı yüksək dəyərləndirmək olardı. Bunu qeyd etmək nə qədər üzücü olsa da, etiraf etməliyik ki, qruq liderliyi əldən getmiş kimi görünür. Hər halda "Frayburq" belə bir imkanı əldən verməyəcək. İkinci yerin taleyi isə öz əlimizdədir. "Qarabağ"a heç-heçə də bəs edir. Bir tərəfdən də "Nant"ın qələbəyə ehtiyac duymasını nəzərə alsaq, düşünürəm ki, komandamız bu oyunda məğlub olmayacaq. 

Demirəm ki, "Qarabağ" heç-heçə üçün meydana çıxacaq. Xeyr... Onlar bərabərlik üçün oynasalar, "Əli aşından da olarıq, Vəli aşından da". Amma istənilən halda "Qarabağ" bu gün özünə sərf edən nəticəni qazanacaq. Mən buna inanıram. Dediklərim içəridən gələn azarkeşlik hissi kimi də görünə bilər, amma reallıq məsələsi də var. Ağdam təmsilçisinin hücum xəttində Kadi Borges və  Abdullah Zubirin yaxşı formada olması da şərtdir. Əgər onların oyunu alınsa, aydın məsələdir ki, "Qarabağ" öz məqsədinə çatacaq. Yekunda deyirəm ki, "Qarabağ" özünə lazım olan nəticəni qazanacaq".

Qeyd edək ki, "Bojuar" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X