"Krasnodar"ın yarımmüdafiəçisi Kadi komandasının Rusiya Premyer Liqasındakı (RPL) çempionluq mübarizəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "RB Sport" onun dediklərini belə çatdırıb:
"Çempuionatın sonunda asan matçlar olmur. Çempionluq? Biz sonadək mübarizə aparacağıq. Hələ hər şey mümkündür".
Kadi "Krasnodar"a ötən ilin qışında "Qarabağ"dan transfer olunub. Hazırda 46 xalı olan "Krasnodar" RPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Eyniadlı şəhərin təmsilçisi lider "Zenit"dən 4 xal geri qalır.
Nihat