"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Xavinin "Barselona"dan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sport.es" fransalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Düşünürəm ki, Xavi "Barselona"da çox yaxşı iş görür. Məncə, o, təqaüdə çıxacağını çox erkən elan etdi. Onların nə PSJ, nə də "Real Madrid"lə görüşlərdə bəxti gətirdi. Lakin komanda şəklində böyüdüklərini göstərdilər”.
Qeyd edək ki, Xavi bu ilin əvvəlində verdiyi açıqlamada yayda "Barselona"nı tərk edəcəyini bildirib. Klub rəhbərliyi isə onu fikrindən daşındıra biləcəyini düşünür.
Mirağa