"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk iki klubun diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Xəbərə görə, Berqamo təmsilçisinin rus futbolçusunun xidmətində "Torino" və "Fiorentina" maraqlıdırlar. Mənbə "Atalanta"nın Mirançuku sata biləcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 21 matça çıxan Aleksey 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Avropa Liqasında iştirak etdiyi 8 görüşdə komanda yoldaşlarının fərqlənməsinə 3 dəfə şərait yaradıb. Mirançuk İtaliya Kubokunda keçirdiyi 3 qarşılaşmada da 1 qolun vurulmasına yardımçı olub.
Nihat