"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold komandasının cari mövsüm İngiltərə Premyer Liqanın qalibi olmaq perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Məncə, “Mançester Siti”nin mövsümün bu mərhələsində xal itirmək ehtimalı azdır. Amma biz öz mövqeyimizdə olmalıyıq. Keçən həftə bizim üçün məyusedici oldu, istədiyimiz nəticəni əldə edə, vəziyyətdən yararlana bilmədik. Ancaq “Arsenal” və “Mançester Siti” xal itirsə, o zaman durumumuz yaxşılaşacaq. Bizi beş final gözləyir. Beş görüşdə beş qələbə özümüzdən gözləyə biləcəyimiz yeganə şeydir. Məhz bu missiyanı həyata keçirməyə köklənməliyik".
Qeyd edək ki, hazırda İPL-in turnir cədvəlinə 77 xalla "Arsenal" başçılıq edir. Liderdən 1 oyun az keçirən "Liverpul" (74 xal) 2-ci, "Mançester Siti" (73 xal) isə 3-cü pillədə mövqe tutub.
Nihat