Niderland millisinin sabiq hücumçusu, hazırda "Feyenoord"un u-19 komandasını çalışdıran Robin van Persi Rotterdam təmsilçisinin yeni təklifindən imtina edib.
Fanat.Az xəbər verir ki, məlumatı AD yayıb.
Xəbərə görə, "Feyenoord" rəhbərliyi van Persini U-21 komandasının "sükanı arxası"na gətirməyi hədəfləsə də, 40 yaşlı mütəxəssis təklifi geri çevirib. Mənbə Robinin cari mövsümün sonunda ölkəsinin elita klublarından olan "Herenven"ə rəhbərlik etməyə çox yaxın olduğunu, tərəflərin artıq şifahi razılığa gəldiyini vurğulayıb.
Qeyd edək ki, 30 oyuna 36 xal toplaya bilən "Herenven" Erediviziyanın turnir cədvəlində 10-cu pillədədir.
Nihat