Belarusun İnformasiya Nazirliyi UEFA və bu yay Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatını dost olmayan ölkələrin müəllif hüquqları sahibləri siyahısına daxil edib.
Fanat.Az-ın məlumatına görə, müvafiq sənəd Milli Hüquq İnternet Portalında dərc olunub.
Nazirlik bu qərarla Belarusun televiziya kanallarının UEFA-nın razılığı və icazəsi olmadan AÇ-2024-ün oyunlarını göstərməsinə icazə verib.
Belarusda ötən il qəbul edilən qanuna əsasən, müəllif hüquqları sahibi dost olmayan ölkələrin siyahısındadırsa, yerli telekanallar onlarla hesablaşmaya bilərlər
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək baş tutacaq. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya yığmasıdır.
Nihat