İyunun 2-5-də Qazaxıstan Almatı şəhərində güləş üzrə Bolat Turlıxanov kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı səkkiz güləşçi təmsil edəcək. Bunlar Türkan Nəsirova, Şahana Nəzərova (hər ikisi 50 kq), Tatyana Varansova, Leyla Qurbanova (hər ikisi 53 kq), Alyona Kolesnik (59 kq), Jalə Əliyeva, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Elis Manolovadır (65 kq).
Yarışda Norveç, Özbəkistan, Monqolustan, Hindistan, Misir, Qırğızıstan və Qazaxıstan idmançıları da mübarizə aparacaq.