Belə bərbad korner görməmisiz - Müllerdən gülünc səhv - VİDEO
"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Tomas Müller dedikdə daha çox dözümlülük, mövqe seçmək və komanda yoldaşlarına zona yaratmaq bacarığı yada düşür. Bəs alman futbolçunun zəif tərəfləri? Bəlkə, küncdən zərbələrdən başlayaq?
Müller Almaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Şalke" ilə oynanılan matçda korneri yerinə yetirərkən gülünc səhvə yol verib. Həmin görüntülər sosial mediada izlənmə rekordları qırır. Fanat.Az sözügedən videonu təqdim edir: