Fransa Kubokunda yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk yarımfinal görüşündə "Lion" və PSJ üz-üzə gəlib. Paris klubu rəqibini 5:1 hesabı ilə darmadağın edərək finala yüksəlib. Het-trikə imza atan Kilian Mbappe qələbədə əsas pay sahibi olub. PSJ-nin finaldakı rəqibi "Sent-Etyen" - "Renn" oyununun qalibi olacaq.
Fransa Kuboku
Yarımfinal
"Lion" - PSJ - 1:5
Qollar: Terrye (11) - Mbappe (14, 70, 90+2), Neymar (64-penalti), Sarabiya (82)
Fanat.Az