İspaniya Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "Atletik" "Qranada"nın qonağı olub. Oyunda hesab 48-ci dəqiqədə açılıb. Karlos Fernandes "Qranada"nı önə keçirib. 76-cı dəqiqədə Herman Sançes daha bir dəfə Bilbao klubunu mərkəzə dəvət edib. Lakin ev sahibləri sərfəli nəticəni qoruya bilməyib. 81-ci dəqiqədə qapıya yol tapan Yuri Berçiçe yekun hesabı müəyyənləşdirib - 1:2. Beləliklə, "Atletik" səfər qolu hesabına Kubokun finalına vəsiqəni təmin edib.
İspaniya Kuboku
Yarımfinal
Cavab oyunu
"Qranada" - "Atletik" - 2:1
Qollar: Fernandes (48), Sançes (76) - Berçiçe (81)
İlk oyun - 0:1
"Atletik" Kubokun finalında "Real Sosyedad"la münasibətlərinə aydınlıq gətirəcək. Aprelin 18-də oynanılacaq Bask derbisinə Sevilya Olimpiya Stadionu ev sahibliyi edəcək.
Fanat.Az