"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçını - səfərdə "Roma"ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmanı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Nəticədən razı deyilik. Əlbəttə, uduzmaq istəmirdik. Ancaq bilirik ki, gələn həftə daha bir şansımız olacaq. Nə etməli olduğumuzu anlayırıq. Qalib gəlməliyik. Səhv etməyə haqqımız yoxdur. Mümkün qədər diqqətli olmalı, mübarizəyə tam köklənməliyik".
Qeyd edək ki, cavab qarşılaşması mayın 18-də, Leverkuzendəki "Bay-Arena"da keçiriləcək.
Nihat