
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə bir matç baş tutub. Gürcüstan təmsilçisi “İberiya” azarkeşləri önündə Şimali İrlandiyanın “Larne” komandasını qəbul edib.
Əlavə vaxta qədər uzanan görüşdə Gürcüstan komandası 2:1 hesabıyla qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb.
Tərəflər arasındakı ilk oyunda hesab açılmamışdı.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
11 avqust
İberiya (Gürcüstan) – Larne (Şimali İrlandiya) 2:1 (ilk oyun 0:0)