Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Hekken" İsveç kubokunda növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda təsnifat mərhələsi çərçivəsində səfərdə "Yonsereds"lə qarşılaşıb.
"Qarabağ"ın rəqibi matçdan 4:1 hesablı qalibiyyətlə dönüb.
Xatırladaq ki, "Qarabağ"la "Hekken" AL-in qrup mərhələsi çərçivəsində baş tutacaq ilk matç oktyabrın 5-də İsveçdə keçiriləcək. Tərəflər arasında növbəti matç isə 14 dekabrda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
"Qarabağ"ın yer aldığı H qrupunda həmçinin, "Molde" (Norveç) və "Bayer Leverkuzen" (Almaniya) komandaları da mübarizə aparır.