Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 5-ci turda özünü yaxşı tərəfdən göstərən 4 futbolçudan biri azarkeşlərin rəyi əsasında qalib olacaq.
Namizədlər arasında “Qarabağ”a iki qol vuran "Molde"nin hücumçusu Kristian Eriksen də var.
Digər 3 namizədə gəlincə, onlar “Frayburq”dan Mihael Qreqoriç, “Liverpul”dan Kadi Qakpo və Marsel “Olimpik”indən Pyer-Emerik Obameyanqdır. Qakpo Eriksen kimi 2 qol vurubsa, Qreqoriçlə Obameyanq günü het-triklə tamamlayıb.