“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının qrup mərhələsində seyvlərə görə ilk üç qapıçı sırasına düşüb.
Fanat.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, o, 6 oyunda 23 zərbəni dəf edərək üçüncü yeri tutub.
İlk yerdə Vladan Kovaçeviç ("Rakov") qərarlaşıb - 6 matçda 27 seyv.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.
Mirağa