UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Braqa” Portuqaliya Kubokunda mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, "arxiyepiskoplar" 1/8 finalda əzəli rəqibi “Benfika”ya məğlub olub.
“Braqa” prinsipial rəqibinə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.