Portuqaliyada "Braqa" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Morten Kroq olacaq. Ona Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.