Futbolumuzun Avropa səyyahı "Qarabağ" növbəti tarixi görüşünə çıxır.
Portuqaliyanın qədim şəhərlərindən olan Braqada baş tutacaq qarşılaşmanın sərfəli nəticəsinə ümidliyik. Bu əminlik hissini bizə verən də təmsilçimizin Avropa arenalarıda göstərdiyi oyunlar və nəticələrdir. Rəqibin kimliyindən və ya ad-sanından aslı olmayaraq, "iştah diş altındadır" deyib "köhlən atlar"ımıza ilıq havalı Braqada şahə qalxmağı arzulayırıq.
Tarixi səfərin, bəlkə də növbəti tarixin şahidi olmaq şansını bizə verən ETOPAZ-dır. İdman mətbuatına göstərdiyi dəstəyə, diqqətə görə şirkətə təşəkkürümüzü bildiririk.
Sonda ilıq havalı Braqadan oyunöncəsi fotoreportajı oxucularımıza təqdim edirik.