Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Abdullah Zubir də pley-off mərhələsinin ilk matçlarının ən yaxşısı adına namizəddir.
Fransalı yarımmüdafiəçi “Braqa” ilə (4:2) Portuqaliyada keçirilən qarşılaşmada dubla imza atıb. Mükafata digər namizədlər Mauro İkardi (“Qalatasaray”), Anhel di Mariya (“Benfika”) və Ruben Lofttus Çikdir (“Milan”).
Qeyd edək ki, həftənin oyunçusu UEFA-nın saytında aparılan səsvermə ilə müəyyənləşəcək.