"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
Fanat.Az xəbər verir ki, görüş Almaniya klubunun qaldığı “Hilton” hotelində baş tutub.
Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb.
Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Bayer” matçı bu gün saat 21:45-də başlayacaq.