AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, avstriyalı funksioner UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Vest Hem” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.
Oyun sentyabrın 16-da Zaqreb şəhərindəki Maksimir stadionda baş tutacaq.