AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmova UEFA tərəfindən növbəti təyinat gəlib.
Fanat.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Oyun sentyabrın 16-da Rusiyanın paytaxtı Moskva şəhərindəki “Lokomotiv” stadionda keçiriləcək.