Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ünvana İngiltərənin “Lester Siti” komandasının hücumçusu Patson Daka sahib çıxıb.
Zambiyalı forvard Rusiyada Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldikləri matçda pokerə imza atıb.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”dən (İngiltərə) İssa Diop, “Napoli”dən Lorentso İnsinye "Olimpik Lion"dan (Fransa) Karl-Toko Ekambi də namizəd idi.