UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları çərçivəsində Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisinin hücumçusu Mahir Emreli matçdan öncə "İnstagram" hesabında maraqlı paylaşım edib.
O, səhifəsində "Sən mənim ətrafımda divar hörməyi planlaşdırırsansa, bunu bil: mən onu aşacağam" sözlərini yazıb.
Qeyd edək ki, “Lester” – “Legiya” matçı bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.