Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) "Kinq Pauer - Uolkers" stadionunda “Lester Siti”nin (İngiltərə) qonağı olub.
Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Görüşün 26-cı dəqiqəsində Mahir Emreli penalti vurmaq imkanı qazanıb. Lakin onun zərbəsi qapıçı dəf edib.
Həmin anın və oyunda vurulan digər qolların videosunu təqdim edirik: