"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunundan - Frankfurtda "Ayntraxt"a qarşı keçirdikləri matçdan (1:1) danışıb.
Fanat.Az "Sport.es" Busketsin söylədiklərini belə çatdırıb:
"Bilirdik ki, çətin oyun olacaq. Bir neçə itkimiz olsa da, vəziyyəti nizamlamağa çalışdıq. Meydanın ot örtüyü arzulanan səviyyədə deyildi və bu üzdən topa nəzarət baxımından müəyyən problemlər yaşadıq. Frankfurta qələbə dalınca gəlmişdik. Cavab matçında daha yaxşı oynamaq istəyindəyik.
Avropa Liqasının favoritiyikmi? "Barselona" həmişə favoritdir. Ancaq bəlli məsələdir ki, hazırda heç də ən yaxşı dönəmimiz deyil".
Tərəflərin cavab matçı aprelin 14-də "Kamp Nou"da baş tutacaq.
Nihat