Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, beləliklə finala vəsiqə qazanan komandalar bəlli olub.
Almaniya təmsilçilərindən "Layptsiq" səfərdə "Reyncers"ə iki top fərqi ilə uduzaraq ilk görüşdəki minimal üstünlüyünü qoruya bilməyib.
Əvəzində, digər Alşaniya təmsiıçisi "Ayntraxt" İngiltərədə olduğu kimi, öz meydanındada "Vest Hem"ə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.
UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
5 may
"Reyncers" (Şotlandiya) - "Layptsiq" (Almaniya) 3:1
Qollar: Taverner, 19, Kamara, 24, Lundstrem, 81 - Nkunku, 71
Baş hakim: Artur Diaş (Portuqaliya)
Qlazqoda, "Aybroks" stadionu
İlk oyun - 0:1
"Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) 1:0
Qol: Borre, 26
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Frankfurt, "Frankfurtştadion"
İlk oyun - 2:1