Frankfurt "Ayntraxt"ı Attila adlı qartal talismanını Avropa Liqasının final oyununa - "Reyncers"lə Sevilyada keçiriləcək həlledici matça apara bilməyəcək.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, İspaniya qanunlarına əsasən, bu ölkəyə gətirilən istənilən quş və ya heyvan 15 gün karantində qalmalıdır.
Belədə, almanların qartalı Frankfurtda saxlamaqdan başqa çıxış yolu qalmayıb.
Attila 2006-cı ildən "Ayntraxt"ın canlı talismanıdır. Yırtıcı quş komandanın "Doyçe Bank" stadionunda çıxdığı hər ev oyunundan öncə arenanın üzərində dövrə vurur.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.
Nihat