UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, turnirin final matçı İspaniyanın Sevilya şəhərində keçirilib.
Qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında Almaniya təmsilçisi “Ayntraxt"la (Frankfurt) Şotlandiyanın “Reyncers” komandası üz-üzə gəlib.
Tərəflər ilk dəfə avrokubokların finalında qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxta ehtiyac duyulub. Daha yarım saat mübarizə aparan komandalar başqa qol vura bilməyib və yekun nəticəni penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq olan almanlar 5:4 hesablı qələbə qazanaraq Avropa Liqasının qalibi adını qazanıb.
Qeyd edək ki, Frankfurt komandası daha öncə də bu yarışın qalibi olub. "Ayntraxt" turnir UEFA Kuboku adlandığı vaxt (1979/1980) baş mükafata sahib çıxıb.
UEFA Avropa Liqası
Final
18 may
"Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) 1:1 (penaltilər, 5:4)
Qollar: Rafael Borre, 69 - Co Aribo, 57.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu.
"Ayntraxt": Kevin Trapp, Evan Ndika, Almami Ture, Tuta, Sebastyan Rode (k), Filip Kostiç, Cibril Sou, Daiti Kamada, Yesper Lindstrom, Ansqar Knauff, Rafael Borre.
"Reyncers": Allan Makqreqor, Ceyms Tavernye (k), Kelvin Beysi, Konor Qoldson, Borna Barişiç, Con Landstrem, Rayan Cek, Co Aribo, Qlen Kamara, Skott Rayt, Rayan Kent.