Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, turnirin III təsnifat mərhələsində 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə reallaşıb. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkib və rəqibini 3 cavabsız qolla əliboş yola salıb.
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gəliblər. Meydan sahibləri oyundan qalib ayrılıb
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
4 avqust
AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) 2:1
"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) 3:0
"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) 3:0
"Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya) 0:2
"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) 0:2
"Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) 3:1
"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) 1:1