13:17 09.09.2022 1004

"Qarabağ" məğlub olmadı...

"Qarabağ" nə "100k", nə "100m", nə "100b" ianəsi hesabına klub olub, nə də AFFA-dan gizli-aşkar dəstək alıb.

Hazırda milyonlarla büdcəyə malik olmasına baxmayaraq, 15-16 il əvvəl o da sıradan bir komanda idi. "Ədliyyə"ni, "Bakılı"nı, "Karat"ı üstələyərdi, amma "İnter"lə, "Neftçi"ylə bacarmazdı. Transferlərə də çox pul xərcləməzdi. Təsadüfi deyil ki, indi də bəzi azarkeşlər ona "xəsis klub" deyə xitab edir. Bəlkə də bir klub kimi qüsurları var, bu mənada hətta "Neftçi"dən geri qalır. Amma "Qarabağ" Avropa səviyyəli komandadır. Artıq "böyük beşlik" ölkələrinin təmsilçilərinə boy göstərəcək qədər böyük bir komanda. Kənardan baxırsan, Qara, Tural, Zubir, Kadi çox balaca futbolçulardı, amma Qurban Qurbanov dühasının illərdi tətbiq etdiyi "sadə oyun" modelində hər biri bir ulduzdur. Bəlkə də tanınmış klublarda top qovan dünya şöhrətli ulduzlardan deyillər, bəlkə də balaca fanar kimi görünürlər, amma onun işığı çox-çox uzağa düşür...

Bu cümlələr üçün zamanlamanı düzgün seçməyə bilərəm: məğlub komandanı tərifləmək, ağızdolusu yazmaq yersiz görünə bilər. Amma "qalibi mühakimə etməzlər" deyimi pis oynayıb udan komanda üçün nə qədər məntiqli yanaşmadırsa, "Qarabağ" da tərifi azı o qədər haqq edir. 

Razıyam, ilk dəqiqələr çox pis keçdi. Bu da əsassız deyil. 9 il sonra UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən rəqibin motivasiyası və tribunaların yaratdığı ajiotaj, ucuz penalti, 15-ci dəqiqəyə kimi buraxılan ikinci qol panika yaratdı. Amma Qurban Qurbanovun adəti üzrə, təhərini pozmadan, sanki işlər yolundaymış kimi dik duruşu ekran başında izləyicilərə, meydanda isə futbolçulara sirayət etməyə bilməzdi. Təxminən 20-25 dəqiqədən sonra meydanda yalnız "köhlən atlar" oynayırdı. Yarım saatdan sonra Abdullah Zubirin uzaq məsafədən güclü zərbəsindən sonra ilk dəfə uzanmalı olan "Frayburq"un qapıçısı 39-cu dəqiqədə Marko Veşoviçin 20 metr məsafədən vuruşu qarşısında aciz qaldı. Bu qol komandada özünəinamı daha da artırdı.

İkinci hissə də Qurbanovun yetirmələrinin ərazi üstünlüyü şəraitində keçdi. 47-ci dəqiqədə Kvabena Ovusu fürsəti boşa verdi. Daha sonra Kadinin iti bucaqdan vuruşunu "Frayburq"un qapıçısı əla seyvlə konerə çıxartdısa, Zubirin azı iki reydi meydan sahiblərini xeyli həyəcanlandırdı. 

Üstəlik, almanlar qələbəni hakimin sayəsində bacardı. Qapımıza təyin olunan penalti bir yana, Zubirə görə təyin olunmalı "11 metrə"nin verilməməsi, rəqib futbolçuya ikinci sarı, qırmızı vərəqənin göstərilməməsi oyunun nəticəsinə birbaşa təsir etdi.         

"Qarabağ" Almaniyada məğlub olmadı, "Frayburq" çətin qələbə qazandı. Mübaliğədi? Yox! Hakim qərəzinə baxmayaraq, Bundesliqanın liderindən, həm də onun meydanında üstün oynayan komanda ilə fəxr etməmək olmur. Əlbəttə, "Qarabağ", Qurban Qurbanov və onun yetirmələri toxunulmaz statusuna sahib deyillər. Lazım gələndə tənqid olunacaqlar. Amma zövqümüzə də qiymət verməyi bacarmalıyıq. Heç olmasa, rəqib məşqçilərin, əcnəbi mütəxəssislərin onun ünvanına səsləndirdiyi tərifləri qısqanmayaq, yazaq, paylaşaq. Bu komanda bunu haqq edir. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

Facebookdan bizi izləməyi unutmayın.
X