Avropa Liqasının qrup mərhələsinin 2-ci turundan təxirə salınan bir görüşün keçiriləcəyi tarix müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərədə "Arsenal" və Niderlandın PSV komandaları arasında keçiriləcək qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Bu səbəbdən London təmsilçisinin oktyabrın 19-da "Mançester Siti"yə qarşı keçirəcəyi Premyer Liqa matçı təxirə salınıb.
Xatırladaq ki, sentyabrın 15-də keçirilməsi planlaşdırılan "Arsenal" - PSV matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar ertələnib.
Mirağa