Fransanın "Nant" klubunun müdafiəçisi Şarl Traore Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının G qrupunun II tur matçını buraxacaq.
Fanat.Az "Sport.fr" saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Emin