11:41 14.10.2022 4279

"Azərbaycanlılar özlərini itirmədi" - Yunanıstan mətbuatından tənqid

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ" öz meydanında Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.

Fanat.Az xəbər verir ki, Yunanıstan mətbuatı "Olimpiakos"un çalışdırıcısı Miçel Qonsalesi praqmatik oyun üslubuna görə tənqid edib. 

"Sport24.gr" saytının redaktoru Pantelis Diamantopulos bu barədə belə yazıb: 

"Olimpiakos" yenə qalib gəlmədi. Lakin o, bir xal qazandı və eyni zamanda "Nant" evdə "Frayburq"a uduzdu. Bu isə o deməkdir ki, Avropa tarixi hələ də davam edir. Buna baxmayaraq, çatışmazlıqlar yenə də var.

Miçel uduzmaq istəmirdi və o, buna nail oldu. Bəs sonra? UEFA Avropa Liqasının komanda üçün vacib mərhələsində ölkə çempionatının PAOK-la prinsipial görüşünü nəzərə alıb ehtiyatlı oynamaq nə dərəcədə düzgün idi? Uduzmaq riski ilə üzləşib hücumda rəqibə baş ağrısı olmaq daha uyğun seçim olardı. 

Başa düşürəm ki, Azərbaycanda nəticədən razı qaldılar, amma söhbət "Olimpiakos"dan gedir. Həmişə qarşısına yüksək hədəflər qoymalıdır. Ona təhlükə yaratmayan taktika ilə oynayaraq qrupda ilk xalını aldığına sevinməməlidir. Yenə də deyirəm, 1 xala sevinib bizi güldürməyin.

Etiraf etməliyik ki, "Karaiskakis"də "Qarabağ" bizi şoka salmışdı. Evdəki 0:3 hesablı məğlubiyyət "Qarabağ"ı dünənki matçın aşkar favoriti edirdi. Azərbaycanlılar özlərini itirmirdilər və soyuqqanlı görünürdülər. Miçelin komandası sıx müdafiə olundu və sona qədər dayandı. Burada əhsən. Amma fikrimcə, komandada heç kim 20 dəqiqəlik hücum barədə düşünmürdü. Əminəm ki, bu məşqçinin göstərişi idi.

PAOK-a qarşı matç son hədd olacaq. Mən "Olimpiakos"un baş məşqçisinin işini bəyənmirəm. "Qarabağ"a qarşı ardıcıl iki oyuna qələbə qazanmamağı başa düşmək olar. Amma PAOK-a qarşı ehtiyyatlı oyunu və məğlubiyyəti iki yeşik qazlı su ilə də həzm edə bilmərik". 

Emin 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

Facebookdan bizi izləməyi unutmayın.
X