21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin II Liqa təmsilçisi “Isparta 32 Spor”un futbolçusu Samet Karakoç Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a keçə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı cinah müdafiəçisinin oyunu Antalya təmsilçisinn baş məşqçisi Nuri Şahinin diqqətini çəkib.
Gənc mütəxəssis müdafiənin sol cinahının Karakoçun sayəsində güclənəcəyinə inanır. Yazılanlara inansaq, “Antalyaspor” sözügedən futbolçu ilə danışıqları müsbət sonluqla yekunlaşmağa yaxındır.
Qeyd edək ki, U-21 millimizin heyətində 5 oyun keçirən Samet Karakoç 2022-ci ilin ilk yarısında “Qəbələ”nin uğurları üçün çalışıb.