Almaniya mətbuatı Şimal-Şərq Region Liqasında mövsümün ilk yarısını dəyərləndirərəkən Berlin "Dinamo"sunun azərbaycanlı forvardı Rüfət Dadaşovun da çıxışını diqqətdən kənarda qoymayıb.
Fanat.Az xəbər verir ki, "TAG24" millimizin sabiq forvardının barədə belə yazıb:
"Rüfət Dadaşov və Sufyan Benyamin klassik hücumçulardır. Mövsümün ortasında onların hər ikisinin öz işlərini lazımınca gördükləri göz önündədir. Rüfətlə Benyamin sübüt edirlər ki, köhnə dəmir paslanmır".
Xatırladaq ki, Dadaşov "Dinamo" forması ilə çıxdığı 19 matçda 13 qol vurub.