Türkiyənin 1-ci liqasında 30-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" da növbəti matçına çıxıb.
Tuzla təmsilçisi "Göztəpə"ni qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Start "11-lik"də yer alan Bəxtiyar sonadək mübarizə aparıb.
Qeyd edək ki, hazırda 32 xalı olan "Tuzlaspor" 1-ci liqanın turnir cədvəlində 15-ci pillədə mövqe tutub.
Nihat