"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunda "Sumqayıt"la görüşdən sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı 1:4 hesabı ilə uduzduqları oyunu belə şərh edib:
"Oyunun əvvəli üstünlüyümüz şəraitində keçdi. Ancaq hissənin ortalarına doğru ardıcıl iki qol buraxdıq və təşəbbüs rəqibə keçdi. Düzdür, ikinci hissəyə yaxşı başladıq, fərqi azaltmağa nail olduq. Ancaq nəticəni xeyrimizə dəyişməyə gücümüz çatmadı. Sonluqda daha iki top buraxıb uduzduq.
Gedişatı dəyişmək üçün ehtiyat qüvvəmiz yetərli olmadı. Məcburən zədəli futbolçuları meydana buraxdıq.
Dünyanın sonu deyil. Belə məğlubiyyətlər olmasa və bundan nəticə çıxarmasaq, böyüməyəcəyik".
Mirağa