20:35 29.03.2025 502

"Hakimlik çox aşağı səviyyədədir" - Samir Abasov

“Hücumlarımız məntiqi sonluqla başa çatmırdı. Bunun səbəbi nədir? Oyunda üstünlük “Neftçi”nin tərəfində idi. İkinci hissədə rəqibə epizod vermədən, iki epizod yaratdıq. Ustalıqla bağlı olan şeylərdir. Aleks Fernandesin epizodunda bəxtsizlik oldu. 4-5 qol epizodu yaradırıqsa, bu, yaxşı tərəfimizdir. Xal itirmək bizi üzür”.

“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda doğma meydanda “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Hakimlikdən narazı idiniz?
– Bəli, çox narazı idim, çox əsəbiləşmişdim. Oyunun gedişatında səbirli olursan, amma epizodlar üst-üstə gələndə emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlardakı hakimlik çox aşağı səviyyədədir. Səbəbini deyə bilmərəm. Bugünkü və bundan əvvəlki matçlarda da belə şeylər olurdu, temp öldürmək, bir tərəfli qərarlar. Bu da bizi narahat etməyə başlayıb.

Komandaya gələndən futbolçuları mental olaraq düzəltməyə çalışırsınız. Millidən gələn oyunçuların psixoloji durumu daha pis idi?
– Hər bir azərbaycanlı millimiz uduzduğu üçün üzülür. Psixoloji durumdan əlavə, fiziki durumları oradan gələndən sonra yaxşı deyildi. Bir az Rza Cəfərovun zədəsi narahat edir. Zədəli-zədəli də Belarusla oyuna buraxmışdılar. Bilmirəm niyə. Belə məqamlar bizi narahat edir. Rzanı itirə bilərik. Elvin Camalov psixoloji durumdan görünürdü  ki, yaxşı deyil. O, burada uduzanda da, çox əsəbiləşən biridir. Xarakterli uşaqdır. Onunla danışdım. Deyiləsi bir şey yoxdur.

“Sabah”la kubok görüşü haqda düşünürsüz? Sizi narahat edən nəsə var?
– Oyunqabağı neqativ bir şey yoxdur. Sabahdan həmin oyuna hazırlaşacağıq. Oyunçular barədə fərdi danışmaq istəmirəm. Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. “Nottingem Forrest” – “Mançester Siti” görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.. Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Mənim üçün qaranlıq qalır. Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik.

Mənbə: Sportal.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Avqust 2026
09:25

"Beşiktaş" belçikalı vingeri rənglərinə bağlamaq üzrədir

09:00

ÇL: "Fənərbağça" Fransa nəhəngi ilə qarşılaşır, "Sabah" gözləyir

01:22

La Liqa: "Deportivo" "Elçe" ilə sülhə razılaşdı

01:14

Super Liqa: Tura 6 qolluq oyunla yekun vuruldu

00:52

İmad Farajın Tunis nəhənginə transferinin əsas memarı kimdir?

17 Avqust 2026
23:38

Azər Bağırov "Qarabağ"a məğlubiyyəti belə şərh etdi

23:11

"Çempionatın hər matçına ciddi yanaşmalıyıq" - Qurban Qurbanov

22:56

Pedro Netu üçün 100 milyon avro

22:20

Brunu Fernandes "Qalatasaray"a keçir?

21:51

Reşford Kataloniyaya qayıdır?

21:24

MPL: "Qarabağ" mövsümə qələbə ilə başladı

20:42

İlin transfer bombalarından biri

20:12

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:32

"Çelsi" onun üçün 120 milyon tələb edir

19:12

Kanselu yenidən "Barselona"da - SON DURUM

18:43

MOİK hazırlığın 2-ci mərhələsinə başladı - Növbəti rəqib bəlli oldu

18:20

"Tvente" güclüdür, amma "Qarabağ" da "Qarabağ"dır" - Nadirov Enshede komandasına vurduğu qolu xatırladı

17:38

Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi

17:20

"Turan Tovuz"un braziliyalısının durumuna aydınlıq gəldi

17:01

Buskets yenidən "Barselona"ya qayıtdı

16:54

Millət vəkili "Sabahın Ulduzları"ndan danışdı - VİDEO

16:43

Qurbanov nə Cəfərquliyevi "Tvente"yə qarşı oynada biləcək, nə də bu legionerləri

16:25

Səbuhi Abdullazadə əməliyyat olundu - "Sumqayıt"ın futbolçusu üçün il erkən bitdi

16:07

"Qarabağ" azarkeşlərinə Niderlandda 1500 yer ayrıldı

15:48

"Difai"nin növbəti mövsüm üçün hədəfi bilindi

15:30

Süleyman Əhmədov yekun qərarını verdi

15:12

"Qarabağ"ın Niderlanda səfər planı bilindi

14:54

"İmişli" onunla yollarını ayırdı

14:36

U-15 (Qızlar) UEFA İnkişaf Turnirindəki son oyununda da uduzdu

14:18

Adil Mahmudov milliyə namizəd oldu, ancaq... - AÇIQLAMA

13:59

"Start heyətində çıxış etməyim baş məşqçinin qərarıdır" - Aydın Bayramov

13:40

"Yuventus" Kolumbiya millisinin üzvü ilə gücləndi

13:22

Premyer Liqanın ilk turu legioner baş məşqçinin debütü ilə əlamətdar oldu

13:06

Ruan Renato "Zirə"də 100-cü matçına çıxdı

12:53

"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini aldı

12:35

"Hər matç bizim üçün final kimidir" - Bafode Dansoko

12:17

"Neftçi" uğursuz start seriyasına son qoydu

11:59

Anje Mutsinzi: "Üçüncü və dördüncü pillə bizim hədəfimizdir"

11:40

Cəfərquliyev Zubirlə bağlı paylaşım etdi - FOTO

11:07

Tovuz və Gəncə akademiyalarında təlimlər keçirilib - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X