
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Gəncə toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, Elgiz Kərəmlinin rəhbərlik etdiyi kollektiv Gəncə şəhər stadionunda "Kəpəz" ilə qarşılaşıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, U-19 daha öncə bu toplanış çərçivəsində "Kəpəz"in əvəzediciləri ilə 1:1, 1-ci Liqanın 2 liderindən biri olan "Gəncəbasar"la 2:2 hesablı bərabərliyə razılaşmışdı.
Nihat