
Alman futbolunun məşhur simalarından olan Tomas Müller "Vankuver" də qalacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Klub 37 yaşlı yarımmüdafiəçi ilə müqaviləni 2027-ci il MLS "Sprint" mövsümünün sonunadək uzadıb. Müller 2025-ci ilin avqustunda "Bayern Münhen"dən ayrılaraq "Vankuver"ə keçmişdi.
Müller burada keçirdiyi 45 oyunda 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2026-cı ildə MLS-in Ulduzlar oyununda iştirak edib.
Alman futbolçu müqaviləsinin uzadılması ilə bağlı açıqlamasında özünü fiziki cəhətdən yaxşı hiss etdiyini və hər həftə meydanda olmağın ona zövq verdiyini bildirib.
Müller "Bayern Münhen”nin heyətində 2008-2025-ci illərdə çıxış edib və Münhen klubunda 13 dəfə Almaniya çempionluğu qazanıb. O, həmçinin Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub.
Əlisahib İbrahimli