
UEFA Millətlər Liqasının çərçivəsində Azərbaycan və Litva yığmaları arasında keçiriləcək qarşılaşmaya təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, D Liqasının 2-ci qrupunda baş tutacaq görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza yan xətt hakimləri kimi yardım edəcək. Migel Andre Monteyro Fonseka isə dördüncü hakim olacaq.
VAR sistemində Bruno Esteves, AVAR-da isə Ana Klaudiya Silva Ribeyro fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan – Litva qarşılaşması oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.