
1-ci Liqadakı mübarizənin yekunlaşmasına bir tur qalmış çempionluğu rəsmiləşdirərək elitaya yüksələn "Şəfa"nı hədəfinə çatdırmasına rəğmən, rəhbərliyin postunda saxlamadağı 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yeni mövsümdə hansı komandaya rəhbərlik edəcəyi futbol ictimaiyyətini maraqlandıran mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, daha öncə "Şahdağ Qusar" rəhbərliyi ilə görüşə də, şərtlərlə bağlı razılığa gələ bilməyən çalışdırıcı MOİK-in "sükanı arxası"na keçməyə yaxındır.
Belə ki, "hərbçilər"lə müqaviləsinin müddəti başa çatan İlham Yadullayevin postunu tərk edəcəyi gözlənilir. Ötən mövsüm kifayət qədər böyük büdcə ilə yüksək yerlər uğrunda mübarizə apara bilməyən komandanın idarəçiləri Kərəmlinin işin öhdəsindən gələcəyinə inanırlar.
Toğrul