
Yeni mövsümə yenilənmiş heyətlə başlamağı hədəfləyən "Kəpəz"i daha bir neçə futbolçu tərk etməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı vinger Camal Cəfərovun müddəti başa çatan müqaviləsinin yenilənməyəcəyi dəqiqləşib.
İki müdafiəçinin - Məqsəd İsyaev və Şakir Seyidovun da Gəncə təmsilçisindən ayrılması gündəmdədir. Hərçənd sazişlərinin müddəti bitən bu futbolçularla yeni anlaşma imzalanmaq ehtimalı 50-nin 50-yədir.
Qeyd edək ki, "Kəpəz" bu yay daha öncə Rauf Hüseynli, Məhəmməd Hüseynov (hər ikisi "Şəfa"ya keçib), Fərid Nəbiyev, Luis Paçu və Yusif İmanovla əməkdaşlığa son qoyub.
Nihat