
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının daha bir 1/4 finalçısının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində baş tutan ABŞ - Belçika matçında sevinən tərəf avropalılar olub.
Təşkilatçı ölkənin komandasını böyük hesabla məğlub edən belçikalılar növbəti mərhələyə adlayıblar.
Belçika 1/4 finalda İspaniya millisinə rəqib olub.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/8 final
7 iyul
ABŞ – Belçika 1:4
Qollar: Tillman, 31 - Ketelare, 9; 33. Vanaken, 57, Lukaku, 90+3.