
Ötən mövsüm yüksək hədəflər uğrunda mübarizə aparan "Baku Sportinq"in hazırlığa nə vaxt başlayacağı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda bu ayın ortalarında, dəqiqləşdirsək, 15-də və ya 16-da təlim-məşq toplanışına start verəcək.
Geridə qalan "futbol ili"ni 49 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vuran kollektiv ev oyunlarını keçirdiyi Buzovna qəsəbə stadionunda bir araya gələcək.
Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.
Nihat