
"Kəpəz" futbolçu Luis Paçu ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.
30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paçu ötən mövsüm "Kəpəz"də 29 oyun keçirib və 5 qola imza atıb.
Xatırladaq ki, "sarı-göylər" yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında başlayacaqlar.