
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İspaniya seçməsinə 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşan Portuqaliya millisinin baş məşqçisi Roberto Martines yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Portuqaliya xalqı komandası və futbolçuları ilə qürur duya bilər. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Vurduğumuz zərbələrdən biri dirəkdən döndü. Məncə, əlavə vaxt oynanılmalı idi...
Müdafiədə yaxşı təsir bağışladıq. Dünya çempionatının əsas favoritlərindən birinə qarşı mübarizə apardıq. Bəlkə də bir qədər bəxtimiz gətirmədi. Bu gün şans bizim tərəfim6zdə deyildi, amma meydanda tam bərabər səviyyəli iki komandanın mübarizəsini izlədik".
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat