
Ötən mövsümü "Mingəçevir"də keçirən müdafiəçi Elmin Bayramovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
Beklə ki, Elmin elitadan düşən "Karvan-Yevlax"la razılığa gəlib. Tərəflərin müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, "Mingəçevir"lə vidalaşan mütəxəssis Ramiz Məmmədov hazırda "Karvan"a rəhbərlik edir. Təcrübəli çalışdırıcının təyinatı rəsmən açıqlanmayıb.
Toğrul